Pedofillərin ölkədən çıxışına qadağa qoyuldu
Bizi izləyin

Dünya

Pedofillərin ölkədən çıxışına qadağa qoyuldu

Avstraliyada vətəndaşların ölkə xaricinə çıxışını tənzimləyəcək yeni layihələr həyata keçirilir.

Publika.az xəbər verir ki, Avstraliya vətəndaşları sırasında pedofillərin (psixi pozğunluğu olan, çoxsaylı seksual cinayətlər törətmiş insanlar) ölkə xaricinə çıxışına qadağa qoyulub.

Avstraliyanın Ədliyyə Naziri Maykl Kenanın rəsmi açıaqlamasına görə, qanun layihəsi seksual cinayət törətmiş 20 minə yaxın vətəndaşa təsir edəcək.

Layihənin reallaşdırılması üçün yeri gələrsə, seksual cinayətlərdən mühakimə olunmuş vətəndaşların pasportlarına pedofil olduqlarına dair qeyd yazılacaq.

Nazir onu da qeyd edib ki, daha əvvəl heç bir ölkə bu cür addım atmayıb: "Biz seksual cinayətlər törətmiş, xüsusilə də azyaşlıları cinsi istismar edən vətəndaşaların xarici ölkələrə çıxışının qarşısını almaq istəyirik. Statistikaya görə. ötən il 800-ə yaxın seksual cinayətdən məhkum olunmuş avstraliyalı başqa ölkələrə səyahət edib. Ölkə daxilində 3 min 200-ə yaxın pedofilin pasport hüququ əlindən alınıb".

Keçən il Avstraliya vətəndaşı olan Robert Endryu Fiddes Ellis İndoneziyada 11 qıza təcavüz edərək 15 il həbs cəzası almışdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm