Ağ Evdə ikinci böyük İSTEFA
Bizi izləyin

Dünya

Ağ Evdə ikinci böyük İSTEFA

Trampın prezidentliyinin beşinci ayında Ağ Evdə ikinci böyük istefa reallaşıb.

ABŞ prezidenti Donald Trampın prezidentliyinin beşinci ayında Ağ Evdə ikinci böyük istefa reallaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “ABC Nyus” bildirib.

Xəbərə görə, Ağ Evin kommunikasiya məsələləri üzrə direktoru Mayk Dabki istefa verib.

Bildirilir ki, Dabki əslində mayın 18-də istefa məktubunu vermişdi, ancaq istefanın açıqlanması üçün prezident Trampın ilk xarici səfərinin başa çatması gözlənildi. Prezident ölkəyə qayıdana kimi vəzifəsini davam etdirən Maykl Dabkinin istefa qərarı rəsmi olaraq açıqlanıb.

Daha əvvəl isə Rusiya ilə gizli danışıqlar aparmaqda ittiham olunan prezidentin mlli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Maykl Flinn vəzifəyə başladıqdan üç həftə sonra istefa vermək məcburiyyətində qalmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm