Ərdoğanın telefonun dinlənildiyi yeri tapıblar
Bizi izləyin

Dünya

Ərdoğanın telefonun dinlənildiyi yeri tapıblar

Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib

Türkiyə kəşfiyyatı ölkənin Baş naziri Rəcəb Təyyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib. Bu barədə Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, dinləmə aparatı və eləcə də xüsusi ötürücü Baş nazirin kabinetində quraşdırılıbmış.Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib.

Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.

Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.

Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm