NATO Rusiya sərhədlərində əzələ nümayişinə başladı
Bizi izləyin

Dünya

NATO Rusiya sərhədlərində əzələ nümayişinə başladı

NATO Rusiya sərhədlərində əzələ nümayişinə başladı

NATO Estoniyanın Rusiya ilə həmsərhəd rayonlarında hərbi təlimlər keçirəcək.

Publika.az – ın Böyük Britaniyanın “Times” qəzetinə istinadən verdiyi məlumata görə, “Yaz fırtınası” adlandırılan təlimlərdə 6 min hərbçi qatılacaq.

Təlimlər 23 May tarixinə kimi davam edəcək. “Bu təlimlərin keçirilməsi onun sübutu olacaq ki, Estoniya öz müttəfiqlərinə güvənə bilər”, - Estoniya donanmasının leytenantı Roland Murof bildirib.

“Estoniya və digər Baltikyanı ölkələr Rusiyanın Ukraynadakı artan hərəkətlərindən narahatlıq keçirir və ehtiyat edirlər ki, növbə onların ola bilər” yazan “Times” təlimlərə Estoniya, Böyük Britaniya, ABŞ, Danimarka, Polşa, Latviya və Litva hərbiçilərinin qatılacağını xəbər verib. Təlimlər Estoniyanın beş, o cümlədən Rusiya sərhədinin yaxınlığındakı Vıru rayonunda keçiriləcək.

Təlimlərə yüngül texnika ilə yanaşı aviasiya da cəlb ediləcək. “Times” yazır ki, İngiltərə baş naziri Devid Kameron Litvaya daha iki qırıcının göndərilməsini təklif edib. Belə ki, hazırda bu ölkənin dörd qırıcısı Litva, Latviya və Estoniyanın hava məkanının müdafiəsi missiyasında iştirak edir.

NATO-nun hazırkı təlimləri Rusiya ilə sərhəddə 1991-ci ildən sonra ən böyük təlimlərdir. Təlimlərdə iştirak edəcək ABŞ desantçıları ən azından ilin sonuna kimi Estoniyada qalacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm