ABŞ Əsədi kimyəvi silah istifadəsində ittiham etdi
Bizi izləyin

Dünya

ABŞ Əsədi kimyəvi silah istifadəsində ittiham etdi

ABŞ dövlət katibi Con Kerri cümə axşamı bildirib ki, o, Suriya hakimiyyətinin öz xalqına qarşı müharibədə zəhərləyici maddələrin (xlor) istifadəsini göstərən ilkin məlumatlarla tanış olub.

ABŞ dövlət katibi Con Kerri cümə axşamı bildirib ki, o, Suriya hakimiyyətinin öz xalqına qarşı müharibədə zəhərləyici maddələrin (xlor) istifadəsini göstərən ilkin məlumatlarla tanış olub.

Eyni zamanda, o, vurğulayıb ki, bu məlumatlar hələlik təsdiq edilməyib.

"Suriyanın Dostları" qrupunun üzvlərinin görüşündən sonra Londonda çıxış edərkən, o həmçinin Suriya müxalifətinə yardımın artırılması barədə razılıq əldə edilməsini bildirib.

Londonda cümə axşamı BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İtaliya, Almaniya, Fransa, Misir, ABŞ və Böyük Britaniya daxil olduğu 11 ölkədən ibarət üzdəniraq "Suriyanın Dostları " qrupun xarici işlər nazirlərinin görüşü keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm