Rus polis dağıstanlı qadın ovuna çıxıb
Bizi izləyin

Dünya

Rus polis dağıstanlı qadın ovuna çıxıb

23 yaşlı dağıstanlı qadın Ruzanna İbragimovanın islamçı döyüşçünün dulu olduğu deyilir.Güman edilir ki, o, Oyunlar ərəfəsindəki möhkəm mühafizədən yan keçərək ayın əvvəlində Soçiyə daxil olub.

Rusiya polisi Soçidə intiharçı bomba hücumu etmək istəməkdə şübhəli bilinən qadının axtarışındadır. Polis gələn ay Qış Olimpiyadasının keçiriləcəyi şəhərin yataqxanalarında axtarış plakatları yayıb.

Publika.Az BBC-yə istinadən xəbər verir ki, 23 yaşlı dağıstanlı qadın Ruzanna İbragimovanın islamçı döyüşçünün dulu olduğu deyilir.Güman edilir ki, o, Oyunlar ərəfəsindəki möhkəm mühafizədən yan keçərək ayın əvvəlində Soçiyə daxil olub.

Ən azı iki digər potensial qadın intihar bombaçısı da regionda ola bilər, polisin digər plakatlarında deylir.Rusiya Prezidenti Vladimir Putin Olimpiya tarixində ən geniş təhlükəsizlik əməliyyatını işə salıb və sahəni şəxsən özü də yoxlayıb.

30 000-dən çox polis işçisi və Daxili İşlər Nazirliyinin qoşunları sahəyə göndərilib.Volqoqrad şəhərinin cənubunda dekabrın sonunda baş verən, 34 adamın ölümü ilə nəticələnən iki intihar hücumundan sonra, təhlükəsizlik barədə narahatlıqlar artıb.

Çərşənbə axşamı Kreml ilə telefon danışığı zamanı ABŞ Prezidenti Barak Obama Olimpiya Oyunlarının "təhlükəsizliyini" təmin etmək üçün Amerikanın "tam yardımını" təklif edib, Ağ Ev deyib.Moskva Dağıstan, İnquşetiya və Çeçenistandan olan islamçı döyüşçüləri Olimpiyada üçün böyük təhlükə sayır.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm