Rusiya Ukraynada “sülh əməliyyatı” keçirəcək - İddia
Bizi izləyin

Dünya

Rusiya Ukraynada “sülh əməliyyatı” keçirəcək - İddia

Rusiya Ukraynada “sülh əməliyyatı” keçirəcək - İddia

Rusiya Federasiyasının hərbi qruplaşmaları Ukrayna ərazisində “sülh əməliyyatı”nı həyata keçirməyə hazırdır.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, Rusiya hərbi hissələrinin komandirləri Ukrayna ərazisində “sülh əməliyyatı”na hazır olmaq barədə əmr alıblar. D.Tımçuk Rusiya ordu birləşmələrinin Luqansk vilayəti yaxınlığında toplandığını bildirib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ Dövlət Departamenti Ukrayna sərhədi yaxınlığında Rusiya hərbi qruplaşmalarının yerləşdiyini göstərən və peykdən çəkilən yeni fotonu yayımlamışdı. Xəbərə görə, 12 May tarixində çəkilən fotoda hərbi qruplaşmaların Rostovda – Ukrayna sərhədinin 75 kilometrliyində olduğu görünür. Bildirilir ki, Rusiya hərbi texnikası faktiki olaraq 23 Martdakı mövqeyində qalır.

Ondan əvvəl isə Rusiya prezidenti rus hərbi qruplaşmalarının Ukrayna sərhədindən geri çəkildiyini bildirmişdi. O, qeyd etmişdi ki, bunu kosmosdan da yoxlamaq mümkündür.

Amerikalıların kosmosdan çəkdiyi foto isə bunun əksini deyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm