Vaşinqton və Avropa İttifaqı Ermənistanda inqilab hazırlayır – Şok iddia
Bizi izləyin

Dünya

Vaşinqton və Avropa İttifaqı Ermənistanda inqilab hazırlayır – Şok iddia

Vaşinqton və Avropa İttifaqı Ermənistanda inqilab hazırlayır – Şok iddia

“Avropa Birliyi beş il əvvəl “Şərq Əməkdaşlığı” proqramını açıqlayanda yalnız bir məqsədi var idi: Mərkəzi Asiya regionu və Rusiya istisna olmaqla Müstəqil Dövlətlər Birliyinin (MDB) bütün üzvlərini postsovet iqtisadi blokundan çıxarmaq, Rusiyanın yalnız Avropada deyil, həm də postsovet məkanında təcridinə nail olmaq”.

Publika.az – ın verdiyi xəbərə görə, bu sözlər ABŞ-ın "Stop NATO" saytında verilən “Şərq Əməkdaşlığı": Postsovet məkanında” başlıqlı yazıda yer alıb.

Yazının müəllifi saytın yaradıcısı, amerikalı araşdırmaçı Rik Rozoffdur.

O, MDB-nin özündə də parçalanmanın olduğuna diqqət çəkir: “Şərq Əməkdaşlığı” proqramına daxil olan ölkələr aşağıdakılar idi: Belorus, Moldova, Ukrayna, Ermənistan, Azərbaycan və Gürcüstan. Adıçəkilən respublikaların hamısı MDB-nin üzvləri idi. Mixail Saakaşvilinin Cənubi Osetiyaya qarşı tammiqyaslı hücuma başlası və beşgünlük müharibədə məğlub olmasından sonra Gürcüstan MDB-dən çıxdı. Bu ilin mart ayında Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra isə Ukrayna parlamenti MDB-dən çıxmaq barədə təklif səsləndirdi. “Şərq Əməkdaşlığı” proqramının aşkar hədəfi MDB-nin aradan qaldırılmasına nail olmaqdır”.

Rik Rozoff iddia edir ki, NATO və Avropa Birliyi Belorus ilə Ermənistanda yeni inqilaba hazırlaşır:

“Ötən ilin noyabr ayında Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmadan imtina Ukraynada etirazların səbəbi oldu. Kiyevin indiki rəhbərliyi əvvəlki hakimiyyətin səhvini düzəltməyə hazırlaşır. Bundan başqa, analoji razılaşmalar tezliklə Moldova və Gürcüstanın qərbyönümlü hökumətləri tərəfindən də imzalanacaq.

“Şərq Əməkdaşlığı” proqramına daxil olan altı ölkədən dördü - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova ABŞ-ın təşəbbüsü ilə yaradılan GÜAM blokuna daxildir. Digər iki ölkə - Ermənistan və Belorus isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Vaşinqton və Brüssel ilk olaraq son iki ölkədə rəngli inqilabları həyata keçirməli olacaq. Şübhə yoxdur ki, Belorusda 2006-cı il, Ermənistanda isə 2008-ci ildəki uğursuz inqilabdan sonra yeniləri hazırlanır”.

“Beləliklə, hazırda ABŞ, Avropa Birliyi və NATO-nun əsas diqqəti Qərb triadası adlandırılan Ukraynadır, Moldova və Gürcüstana yönəlib”, - amerikalı araşdırmaçı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm