Nazir nəhayət dəqiq rəqəm dedi – 302 ölü
Bizi izləyin

Dünya

Nazir nəhayət dəqiq rəqəm dedi – 302 ölü

Tanər Yıldız ən çox 302 nəfərin həlak olduğunu bildirdi.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə enerji və təbii sərvətlər naziri Tanər Yıldız “ölü sayısının 301 ya da 302 olacağını təxmin edirik” deyib və əlavə edib:

“Ailələrin müraciətinə görə içəridə maksimum 19 işçi var. Bu 16-ya da düşə bilər”.

Qeyd edək ki, Türkiyənin Manisa əyalətindəki Soma mədənində həlak olanların sayı rəsmi rəqəmlərə görə 284-ə çatıb. Ötən gün xilasetmə işləri davam edib, xilasedicilər bir neçə mədənçinin meyitini uçqunlar altından çıxara bilib.

2 min metrlik mədəndən kiminsə sağ qurtarılacağına isə artıq heç bir ümid qalmayıb. Xilasedicilərin sözlərinə görə, alt qatlarında güclü yanğın davam edən mədənin üst qatlarını su basıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm