Azərbaycan ABŞ-da lobbi fəaliyyətinə nə qədər xərcləyib?
Bizi izləyin

Dünya

Azərbaycan ABŞ-da lobbi fəaliyyətinə nə qədər xərcləyib?

Azərbaycan ABŞ-da lobbi fəaliyyətinə nə qədər xərcləyib?

Dağlıq Qarabağ separatçıları keçən il ABŞ-da lobbi fəaliyyətinə 153 min dollardan çox xərcləyib.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Sunlight Foundation” təşkilatının məruzəsində deyilir.

Siyahıda 84 ölkə yer alıb. “Dağlıq Qarabağ Respublikasının lobbi xərcləri 153 min 241 dollar” sözləri ayrıca sətirdə yazılıb. Müqayisə üçün qeyd edək ki, bu Yeni Zelandiya və Liviyanın ABŞ-da lobbi fəaliyyətinə xərclədiyi vəsaitlərə bərabərdir.

Dağlıq Qarabağdan başqa Şimali Kipr Türk Cümhuriyyəti də ayrıca sətirdə yer alıb. Türk Cümhuriyyəti ABŞ-da lobbi fəaliyyətinə 1 milyon 200 min dollar xərcləyib.

Türkiyə eyni məqsəd üçün 1 milyon 800 min dollar ayırıb. Azərbaycan və Gürcüstan 2 milyon 300 min dollarla müvafiq olaraq 9-10-cu yerləri tutur.

Ermənistan isə məruzədə yer almayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm