“Parçala və hökmranlıq et”: Növbəti hədəf Krım tatarları
Bizi izləyin

Dünya

“Parçala və hökmranlıq et”: Növbəti hədəf Krım tatarları

“Parçala və hökmranlıq et”: Növbəti hədəf Krım tatarları

“Kreml Krım tatarlarını kütləvi şəkildə öz tərəfinə cəlb etməyə çalışır. Amma bu onlarda alınmır”.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmilov deyib.

O, qeyd edib ki, Rusiya yarımadan deportasiyasının 70-ci ildönümü ərəfəsində Krım tatarlarını sakitləşdirilməyin yollarını tapmağa çalışır. M.Cəmilov müxtəlif vasitələrdən, o cümlədən təhdid və təqiblərdən istifadə olunduğunu bildirib.

“Kremlin fikrincə, ən təsirli üsullardan biri Krım tatarlarının parçalanmasıdır. Amma hələ ki, bu xalqın ən böyük gücü onun birliyindədir. Rusiya Krım tatarlarını kütləvi şəkildə cəlb etməyə çalışsa da, bu onlarda alınmır. Buna görə də Kazan tatarlarını gətirirlər. Krımda kazan tatarlarının belə bir nümunəsi var. Bu baş nazirinin müavini Rüstəm Temirqalievdir. Amma Krım tatarlarını cəlb etməyə müvəffəq olmurlar. Bununla belə parçalanma üzrə iş davam edir”, - Cəmilov ifadə edib.

M.Cəmilov Kremlin Krım tatarlarına tatar dili üçün rəsmi dil status, hakimiyyət orqanlarında Krım tatarları üçün kvotalar, Krım Tatar Məclisin rəsmi şəkildə tanınmasını təklif etdiyini vurğulayıb: “Amma bu rüşvətlərdən heç biri mövqeyimizə təsir etməyib”.

Tatarıstan olan politoloqu Raşit Axmedov bildirir ki, Moskva çoxdan yoxlanmış “parçala və hökmranlıq et” metodunu tətbiq edir: O, Moskvanın Krım və Kazan tatarlarının yaxınlığından istifadə etməyə qərar verdiyini qeyd edib. Politoloq Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Krıma mart ayının əvvəlində etdiyi iki səfəri xatırladır. R.Axmedov bildirir ki, bu səfərlərin Krım və Kazan tatarları arasında son iki onillikdə ən yüksək səviyyədə görüşlərdir.

O, hesab edir ki, Kremlin xain taktikası müsbət nəticə verə bilər: “Kazan tatarları çoxdan müstəqillik ideyalarından imtina edərək Rusiyanın qanunsuzluq və korrupsiya reallıqları ilə barışıblar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm