Daha bir ölkənin ciyərləri yandı: 62 ölü - MATƏM ELAN OLUNDU - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Daha bir ölkənin ciyərləri yandı: 62 ölü - MATƏM ELAN OLUNDU - YENİLƏNDİ

59 nəfər xəsarət alıb.

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Publika.az xəbər verir ki, ölkədə 3 günlük matəm ealn olunub.

***

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

***

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, rəsmi şəxslər qurbanların çoxunun gəzintiyə çıxan şəxslər olduğunu bildiriblər.

Portuqaliyanın Baş naziri Antonio Kosta bildirib ki, hazırda yanğınları söndürmək üçün 1800-dən çox yanğınsöndürən çalışır. Alovların sürətlə yayılması işi çətinləşdirir:

"Təəssüf ki, bu meşə yanğınları baxımından son illərdə gördüyümüz ən böyük faciə kimi görünür. Ölənlərin sayı arta bilər. Prioritetimiz hələ də təhlükədə olan insanları xilas etməkdi".

Bundan əvvəl meşə yanğınları zamanı 25 nəfərin öldüyü açıqlanmışdı.

Qeyd edək ki, şənbə günü ölkənin bir sıra regionlarında temperatur 40 dərəcəyə çatıb. Meşə yanğınları Pedroqan-Qrandi bələdiyyəsində başlayıb. Yanğın sürətlə yayılıb, bir neçə yaşayış məntəqəsini əhatə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm