Dünya
Səudiyyə Ərəbistanı Türkiyənin hərbi baza təklifini rədd etdi
Səudiyyə Ərəbistanı mətbuatının hərbi mənbələrə istinadən yaydığı xəbərlərdə Kral Salmanın Türkiyənin ölkə ərazisində hərbi baza qurmasına icazə vermədiyi iddia edilib.
Səudiyyə hökumətinin açıqlamasında isə bildirilib ki, xarici hərbi bazaya ehtiyac duymurlar, çünki silahlı qüvvələri və hərbi gücləri ən yüksək səviyyədədir.
Səudiyyə Ərəbistanı rəhbərliyi həmçinin, İncirlik bazasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu bazanın da dəstəyi ilə Səudiyyə hərbi gücləri terrorla mübarizə və Orta Şərqdə təhlükəsizliyin təminatı məsləsində yaxından iştirak edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələri ilə Qətər arasındakı böhran barədə cümə günü bəyanat verərək, Qətərdəkinə bənzər bir hərbi bazanın Səudiyyə Ərəbistanında da qurulmasını təklif etmişdi.
Ərdoğan Portuqaliya TV kanalı RTP-yə verdiyi son müsahibəsində demişdi ki, Qətərdə hərbi baza yaratmaq haqqında qərar verilib. Ərəbistan kralı ilə görüşdüyü zaman Ərəbistan torpaqlarında da hərbi baza qurmağı tövsiyə edib.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR