Almaniya İncirliklə bağlı son tarixi açıqladı
Bizi izləyin

Dünya

Almaniya İncirliklə bağlı son tarixi açıqladı

Əsgərlər İordaniyanın Al Azra-maq bazasına köçürüləcəklər.

Almaniyanın müdafiə naziri Ursula fon der Leyen, Türkiyədə yerləşən İncirlik bazasındakı alman əsgərlərin köçürüləcəyi tarixi açıqlayıb.

Publika.az xəbər verir ki, nazir bazadakı hərbi kontingentin iyun ayının sonuna qədər İŞİD əleyhinə koalisiyanın uçuş planında yer aldığını söyləyib.

Leyen əsgərlərin İordaniyanın Al Azra-maq bazasına köçürülməsinə dair dəqiq bir tarix verməyin çətin olduğunu bildirib.

Yanacaq daşıyan təyyarələrin də tez bir zamanda İordaniyaya aparılacağını deyən Leyen bu təyyarələrin iyul ayının ikinci yarısında yenidən əməliyyatlarda iştirak edəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm