İran Fars körfəzində Çinlə birləşdi: Təlimlər başladı
Bizi izləyin

Dünya

İran Fars körfəzində Çinlə birləşdi: Təlimlər başladı

Çin dəniz donanmasının Omaninin paytaxtı Maskada gedəcəyi qeyd edilib.

İran dəniz qüvvələri ilə Fars körfəzində yerləşən Çin dəniz qüvvələrinə məxsus dəniz donanmasının birgə hərbi təlim keçirdiyi bildirilib.

Publika.az İRNA-ya istinadən xəbər verir ki, birgə təlim bu gün səhər Fars körfəzində başlayıb.

Xəbərə görə, təlimdə Çin dəniz qüvvələrinə məxsus 2 dağıdıcı, bir kruvazör və vertolyot gəmisindən ibarət donanma, İran dəniz qüvvələrinə məxsus döyüş gəmiləri, vertolyotlar və 700-ə yaxın hərbi personal iştirak edir.

Çin dəniz donanmasının təlimdən sonra bölgədən ayrılaraq Omaninin paytaxtı Maskada gedəcəyi qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm