Çində zavod yandı: 6 ölü
Bizi izləyin

Dünya

Çində zavod yandı: 6 ölü

Hadisə ilə bağlı istintaq başladılıb.

Çinin şimal əyalətlərindən birində dəhşətli yanğın baş verib.

Publika.az xəbər verir ki, ölkənin şimalındakı Hubey əyalətinin Huanghua şəhərində yerləşən plastik məmulatlar istehsal edən zavodda çıxan yanğında 6 nəfər həyatını itirib.

Yerli rəsmilərin verdiyi məlumata görə, yanğın zamanı zavodda 7 nəfər işçi olub. İşçilərdən 2-i hadisə yerində, 4-ü isə xəstəxanada həyatını itirib. 1 nəfərin axtarışları davam edir.

Zavodda çıxan yanğının səbəbləri araşdırılarkən məlum olub ki, dövlət orqanları tərəfindən aprel ayında zavodun fəaliyyətinin dayandırılmasına dair xəbərdarlıq edilib.

Hadisə ilə bağlı istintaq başladılıb. Zavod nümayəndələri saxlanılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm