ABŞ-dan Rusiyanı bitirəcək ÖLÜMCÜL ADDIM GƏLİR​
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiyanı bitirəcək ÖLÜMCÜL ADDIM GƏLİR​

​​​​​​Dəfələrlə Rusiyaya qarşı yönələn sanksiyalardan bu ölkə üzüaçıq çıxmağa bacarmışdı, əsas səbəblərdən biri isə Rusiya dövlət borcuna investorların cəlb edilməsi idi. Amma buna baxmayaraq Rusiya yeni sanksiyalarla üz-üzədir.

Publika.az xəbər verir ki, ABŞ Senatı əsas elementi Rusiya dövlət istiqrazlarının investisiyasını qadağan edən yeni sanksiyalar paketi hazırlayıb. Sənədə əsasən onun qüvvəyə minməsindən 180 gün sonra ABŞ Maliyyə Nazirliyi Konqresə Rusiyanın suveren borcları barədə məlumat verməli, sanksiyaların genişləndirilməsi perspektivinə baxılmalıdır.

Senatın bu qərarı ABŞ investorlarının Rusiya dövlət borcuna yatırım etmələrini sual altına alır. Buna qədər istənilən sanksiya onlara Rusiya hökumətinin borc öhdəliklərini almağa mane olmurdu, bu da öz növbəsində həm Rusiya dövlət büdcəsinə xeyli töhvə verir, həm də çox ciddi spekulyativ piramidanın formalaşmasına gətirib çıxarırdı. Ən yayğın model “kerri-treyd” modeli idi ki, xarici spekulyantlar faiz dərəcələrinin fərqini nəzərə alaraq, Rusiya Federal Kredit istiqrazlarını alırdılar.

Lakin indi amerikalı spekulyantlara 180 gün vaxt verilib ki, onlar Rusiya dövlət borclarından öz pullarını götürərək çıxsınlar.

Son yarım ildə xarici investorlar 734 milyard dollar məbləğində - Rusiya Maliyyə Nazirliyi tərəfindən buraxılan Federal Kredit istiqrazlarının demək olar ki 80 faizini almışdılar. Böyük ölçüdə xaricilər Rusiya borc öhdəliklərinin təqribən 70 faiz - 2 trilyon rubluna malikdirlər.

2014-cü ildə rus rublunun kəskin zəifləməsinə, eyni zamanda neftin qiymətinin düşməsinə görə Rusiya Maliyyə Nazirliyi xarici investorlara əlverişli təkliflər edərək rublun kursunu stabil saxlamağa çalışdı. Bu siyasət həm də vətəndaşları iqtisadi stabillik illyuziyasına inandırdı.

Spekulyantların Federal Kredit istiqrazlarından öz vəsaitlərinin çıxarılması, istisna deyil ki, 2014-cü ilin hadisələrini - rublun kəskin dəyər itirməsini təkrarlayacaq. Bütün bunların fonunda əgər neft də 2014-cü ilə nisbətən daha aşağı qiymətə olarsa, o zaman Rusiya Dövlət büdcəsinə çox ciddi zərbə dəyəcəyi qaçılmazdır.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm