“Türkiyəyə güvənirik!” - Ərəblərə MEYDAN OXUDU
Bizi izləyin

Dünya

“Türkiyəyə güvənirik!” - Ərəblərə MEYDAN OXUDU

“Qətər mühasirədə ikən, bazarlıq etməyəcəyik".

Qətər ona qarşı iqtisadi sanksiyalar qaldırılmadan Körfəz ölkələri ilə danışıqlar masasına oturmayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni deyib.

“Qətər mühasirədə ikən, bazarlıq etməyəcəyik. Danışıqların başlanması üçün mühasirəni ləğv etmək məcburiyyətindədirlər”, - o bildirib.

Nazir qeyd edib ki, Qətərin daxili işləri sövdələşmə mövzusu ola bilməz. O, böhranın davam etdiyi müddətdə Qətərin Türkiyə, Küveyt və Omana güvənəcəyini, İranın ölkəsi üçün hava nəqliyyatını asanlaşdırdığını söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm