Yanğın qurbanlarının sayı 63-ə çatdı
Bizi izləyin

Dünya

Yanğın qurbanlarının sayı 63-ə çatdı

Fransa, İtaliya və İspaniya Portuqaliyaya kömək olaraq 7 yanğınsöndürən təyyarə göndərib.

Portuqaliyada meşə yanğınlarının qurbanlarının sayı 63 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu haqda “Publico” nəşri bildirib.

Son məlumatlara görə, 135 insan, həmçinin 13 yanğınsöndürən zərər çəkib. Bir neçə nəfərin vəziyyəti ağır qiymətləndirilir. İki nəfər itkin hesab edilir.

Portuqaliya daxili işlər naziri Konstansa Urban di Souzanın sözlərinə görə, məhkəmə tibbi ekspertləri 24 qurbanın şəxsiyyətini müəyyən edə biliblər. Leyriya, Kaştelu-Branku və Koimbra dairələrində vəziyyət son dərəcə mürəkkəb olaraq qalır.

Fransa, İtaliya və İspaniya Portuqaliyaya kömək olaraq 7 yanğınsöndürən təyyarə göndərib. Yanğınların söndürülməsində təxminən iki min nəfər iştirak edir.

İsti hava və güclü külək, həmçinin yanğın rayonları üzərində tüstü dumanları yanğının söndürülməsinə mane olur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm