Fransa hökuməti istefaya göndərildi
Bizi izləyin

Dünya

Fransa hökuməti istefaya göndərildi

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib.

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

Publika.az xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbul edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.

Prezident Makronun “İrəli, Respublika” hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm