Türkiyədə ağır qəza: Ölənlər var
Bizi izləyin

Dünya

Türkiyədə ağır qəza: Ölənlər var

Hadisə ilə bağlı tədqiqat aparılır.

Türkiyənin Diyarbakir bölgəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi insan tələfatı ilə nəticələnib.

Publika.az xəbər verir ki, Diyarbakir-Bingöl şosesində içərisində polis əməkdaşlarının və vətəndaşların olduğu mikroavtobusların toqquşması nəticəsində 2 nəfər həlak olub, 18 nəfər yaralanıb. Həyatını itirənlərdən biri uşaq, yaralananlardan 9-u polisdir.

Hadisə ilə bağlı tədqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm