• USD 1,7001 0,00% EUR 1,9997 -0,07%
    • GBP 2,2482 +0,19% RUB 0,0296 +0,34%

“Suriya müharibəsi II” - Enerji dəhlizi uğrunda BÖYÜK MÜHARİBƏ BAŞLAYIR - VİDEO

  • Dünya
  • 20 İyun 2017 13:22
  • 1 571 Baxış
“Suriya müharibəsi II” - Enerji dəhlizi uğrunda BÖYÜK MÜHARİBƏ BAŞLAYIR - VİDEO

Suriyadakı müharibə ölkənin şərq bölgələrinə keçir və böyük güclər burada qarşı-qarşıya gəlir. “İŞİD-lə mübarizə” adı altında koalisiya quraraq ölkəyə girən ABŞ, Rusiya və İran arasında yeni və daha amansız mübarizə başlayır.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Suriyanı yenidən ələ keçirmək istəyən Bəşər Əsəd rejimi İran və Rusiyanın köməyi ilə İran-İraq sərhədi və neft bölgəsi olan Deyr ez-Zor ətrafında hücumlarını davam etdirir.

Nəşr qeyd edir ki, bu bölgəyə nəzarət etmək uğrunda mübarizə aparan yalnız Dəməşq və onun müttəfiqləri deyil. ABŞ bölgəyə xüsusi təyinatlılarını yerləşdirib. Uzunmənzilli raketlər buraxa bilən raket sistemləri isə bir neçə gün əvvəl İordaniyadan Suriyanın cənubundakı At-Tanf bazasına gətirib. Bölgənin nəzarətini PKK/PYD güclərinə verməyi qarşısına məqsəd qoyan ABŞ Rakkadan sonra Deyr ez-Zor əməliyyatını keçirmək üçün yerli sakinlərə təlim keçir.

Enerji dəhlizi uğrunda döyüş

Suriyalı mənbələrə görə, ölkənin şərqindəki qarşıdurmalar Suriyada yeni bir dövrün başlanğıcına işarədir. Rakkanın İŞİD-dən azad edilməsindən sonra bütün diqqətlər Deyr ez-Zor, Mayadin və Abukemal bölgələrinə çevriləcək. Təbii ki, İŞİD-i bu bölgələrdən kim təmizləsə, İraq-Suriya sərhədindəki böyük bir ərazini nəzarəti altına almış olacaq. Digər tərəfdən bölgənin zəngin neft yataqları buranı hamı üçün daha da cəlbedici edir.

İran bu əraziyə Suriya rejiminə dəstək olaraq göndərdiyi şiə milis təşkilatlarının köməyi ilə nəzarət etmək istəyir. ABŞ isə zaman-zaman sözügedən təşkilatlara aviazərbələr endirir. ABŞ ötən ayın son günlərində strateji əhəmiyyətli Tanif bölgəsində İranın dəstəklədiyi güclərə aviazərbələr endirdi və çox sayda döyüşçü öldü.

Deyr ez-Zor açar bölgədir

Bu hücumun dərhal sonra - may 31-də Zaza təhlükəsizlik nöqtəsini tutan Azad Suriya Ordusuna aid döyüşçülər Rusiya tərəfindən bombalandı. Müxalifət Tanifin şimali-qərbində və Dəməşq-Bağdad yolu üzərində edilən bu hücumdan sonra xarici şiə qrupları qarşısında mövqeyini itirdi. Mayın 30-da isə Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) dəstəklədiyi müxalif qruplara növbəti silah partiyası çatdırıldı. Məqsəd isə Tanif bölgəsini qorumaqdır. Tanifdən Deyr ez-Zoru ələ keçirmək istəyən birliklərin dayaq nöqtəsi kimi istifadə ediləcək. Əsəd rejiminə məxsus qüvvələrin Tanifin 25 kilometrliyinə qədər yaxınlaşdığını görən ABŞ buranı dərhal təhlükəsiz bölgə elan etdi.

İki gün əvvə isə Rakkanın cənubunda yerləşən Tabka şəhəri ətrafında Suriya Hərbi-Hava Qüvvələrinə məxsus Su-22 təyyarəsi ABŞ-ın başçılıq etdiyi hərbi koalisiya tərəfindən vuruldu. Təyyarənin vurulmasına ilk reaksiya Tehrandan verildi. İran Deyr ez-Zordakı İŞİD güclərini vurdu. İranın açıqladığı rəsmi məlumata görə, zərbə İŞİD terror təşkilatının iyunun 7-də Tehranda təşkil etdiyi hücuma cavab olaraq endirilmişdi. Lakin burada diqqətçəkən əhəmiyyətli bir məqam var. İran Suriya müharibəsi boyunca ilk dəfə öz ərazisindən Suriyaya ballistik raket atdı.

“ABŞ təyyarələrini vurarıq!”

Rusiya Müdafiə Nazirliyi isə Əsəd rejiminə aid Su-22 təyyarəsinin vurulmasından sonra bəyan etdi ki, Rusiya Hərbi-Hava Qüvvələrinin hakim olduğu bölgələrdə uçan hər hansı cismi hədəf hesab olunacaq. Nazirlikdən verilən məlumata görə, iyunun 19-dan etibarən havada qəzaların qarşısını almaq üçün ABŞ-Rusiya arasında yaradılan əlaqə kanalının fəaliyyəti dayandırılır.

Danford: “Özümüzü qoruya bilərik”

ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford əlaqə kanalının dayandırılması və Fərat çayının qərbinə keçən təyyarələrin vurula biləcəyi barədə Moskvanın bəyanatına dərhal cavab verdi. Amerikalı general özlərini qoruya biləcək gücdə olduğunu açıqladı. Həmçinin əlaqə kanalının yaxın saatlarda təkrar qurulması üçün işlərin davam etdiyini qeyd etdi.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>