Telekanallarda cadügərlik qadağan olunur
Bizi izləyin

Dünya

Telekanallarda cadügərlik qadağan olunur

Bununla əlaqədar hazırlanan qanun layihəsi artıq Rusiya Dumasına təqdim olunub

Rusiya telekanallarında və internetdə yayımlanan magiya ilə bağlı proqramlara qadağa qoyula bilər.

Bununla əlaqədar hazırlanan qanun layihəsi artıq Rusiya Dumasına təqdim olunub.

Qanun layihəsində həmçinin astroloji proqnozlar verən, fal, cadu, ruh çağırmaq seansları və insanların ruhi sağlamlığına mənfi təsir edən bu kimi proqramların gündüz saatlarında efirə verilməsinin və reklamının qadağan olunması nəzərdə tutulur. Layihədə qeyd olunur ki, bu cür verilişlər yalnız saat 23:00 və 04:00 saatları arasında efirə verilə bilər.

Bununla bağlı qanun layihəsini hazırlayan ədalətli Rusiya Partiyasından olan millət vəkili Mixail Serduk jurnalistlərə açıqlamasında deyib ki, magiyanın reallıq olmağına hansısa etiraz yoxdur: “Buna baxmayaraq hər hansısa fövqəladə gücü olmayan adamların insanlara kömək etdiklərini iddia etməsi fırıldaqçılıqdır”.

Qeyd edək ki, buna oxşar qanun layihəsi 2008 və 2010-cu illərdə də Dövlət Dumasına müzakirəyə çıxarılsa da qəbul olunmamışdı./AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm