Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR
Bizi izləyin

Dünya

Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR

Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurdu. Bu, faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.

Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu.

“BMT-yə üzv dövlətin qanuni silahlı qüvvələrinə qarşı “terrorizmlə mübarizə” adı altında ABŞ aviasiyasının döyüş hərəkətləri beynəlxalq hüququn kobud pozuntusudur və faktiki olaraq, Suriya Ərəb Respublikasına qarşı hərbi təcavüzdür”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi.

ABŞ-ın “The American Conservative” nəşrinə görə, ABC telekanalının reportajı da Moskvadan verilən bəyanatı təsdiq edir. Kanalın xəbərində deyilir ki, ABŞ son dörd həftə ərzində İran tərəfindən dəstəklənən və hökumətin lehinə döyüşən güclərə üç dəfə aviazərbələr endirib.

Rusiya Suriya hərbi təyyarəsinin vurulmasından dərhal sonra Suriya səmasında toqquşmaların qarşısının alınması üçün yaradılmış ABŞ-la əlaqə kanalının bağlandığını açıqladı. Eyni zamanda açıqladı ki, Fərat çayının qərbində aşkar edilən bütün hava obyektləri hədəf kimi qəbul olunacaq. Yəni, həmçinin Amerika hərbi təyyarələri və pilotsuz kəşfiyyat təyyarələri də hədəf hesab ediləcək.

“Moskva ciddidirsə, Suriyada bizi Rusiya və ABŞ-ın toqquşmasının real perspektivi gözləyir”, - “The American Conservative” yazıb.

Bazar günü vurulmuş təyyarə bu ölkədə 6 illik müharibənin gedişatında Amerika hərbçiləri tərəfindən vurulan ilk Suriya hərbi təyyarəsi oldu. Aprel ayında isə prezident Donald Tramp Suriya ordusuna məxsus hərbi aerodromun qanadlı raketlərlə vurulması barədə göstəriş vermişdi. Amerika tərəfinin iddiasına görə, aerodromdan dinc insanlara qarşı kimyəvi silah tətbiq edən təyyarələr üçün baza kimi istifadə olunurdu.

Amerika nəşri hesab edir ki, hazırda baş verən proseslər Rakkanın azad edilməsindən və İŞİD-in məhvindən sonrakı hadisələrin birinci qaranquşu ola bilər. Söhbət azad edilmiş ərazilər və əhali üzərində nəzarət üçün döyüşlərdən gedir.

“Prezident Bəşər Əsədin ordusu mümkün qədər daha çox ərazini tutmağa çalışır. Əsəd Rusiya, İran hərbçiləri, İraq və Əfqanıstandan olan şiə dəstələri, həmçinin “Hizbullah”ın dəstəyindən istifadə edir.

Əsəd və onun müttəfiqləri indi Amerika tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri”ilə üzə-üzə gəlirlər. Amma əgər Amerika üsyançılara hücum edən Suriya təyyarələrini vurmağa qərar veribsə, bu, Rusiya ilə qarşıdurmaya, nəticədə daha genişmiqyaslı və təhlükəli müharibəyə gətirib çıxara bilər. Rakkanın İŞİD-dən təmizlənməsindən sonra biz Suriya üsyançıları və kürdlərin mövqelərini möhkəmləndirmək üçün gücdən və ABŞ-ın təsirindən istifadə etməyə hazırlaşırıqsa, bu, Suriya, Rusiya, “Hizbullah”, İran və hətta Türkiyə ilə münaqişəni provakasiya edə bilərik”, - nəşr yazıb.

Qeyd edilir ki, ABŞ-ın müttəfiqləri olan PYD (PKK-nın Suriya qanadı - red.) Türkiyə tərəfindən terror təşkilatı hesab edilir.

Amerika nəşri xatırladır ki, Tramp seçkiqabağı kampaniyasının gedişatında ümumi düşmən (İŞİD nəzərdə tutulur –red.) üzərində qələbə üçün Rusiya ilə əməkdaşlıq edəcəyinə söz verib:

“Amma İŞİD-in Suriyadan gedişindən sonra Əsədlə münaqişədə maraqlı olsaq, biz regional münaqişəyə cəlb edilmiş olacağıq. ABŞ və İranın İraqda ümumi düşməni (İŞİD) və ümumi müttəfiqi (İraq hökuməti) var. Bizim Suriyada ümumi düşmənimiz var. Bu, İŞİD-dir. Amma Əsəd, Rusiya, İran və “Hizbullah” bizim müttəfiqlərimizə qarşı çıxış edirlər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm