“Dəli Trampın siyasəti yalnız faciəyə səbəb olacaq” - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Dəli Trampın siyasəti yalnız faciəyə səbəb olacaq” - XƏBƏRDARLIQ

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti ABŞ prezidenti Donald Trampı “dəli” hesab edir.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Şimali Koreya nəşri “Nodon Sinmun” yazıb.

Nəşr qeyd edir ki, Trampın yürütdüyü siyasət Cənubi Koreyaya yaxşı heç nə gətirməyəcək. “Cənubi Koreya dərk etməlidir ki, Trampın siyasəti yalnız faciəyə gətirib çıxaracaq”, - məqalədə bildirilir.

Nəşrin iddiasına görə, ABŞ lideri Koreya yarımadası ətrafında vəziyyəti gərginləşdirməklə ictimaiyyətin diqqətini öz ölkəsindəki daxili siyasi böhrandan yayındırmağa çalışır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm