Rusiya nə qədər silah satır? - Müəmma davam edir
Bizi izləyin

Dünya

Rusiya nə qədər silah satır? - Müəmma davam edir

Rusiya qeyri-qanuni silah bazarından çəkilməyə hazırlamır

Rusiya yaxın vaxtlarda silah ticarəti haqqında beynəlxalq müqaviləni imzalamayacaq.

Publika.az – ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası hökumətindəki mənbə danışıb.

Onun sözlərinə görə, keçən il BMT Baş Assambleyasında təsdiq edilmiş müqavilə “başa çatdırılmayıb və “səthidir”. Ekspertlər bu fikrə bəraət qazandırsalar da, xəbərdarlıq edirlər ki, müqaviləni imzalamaqdan imtina etmək Moskvanı imic və maliyyə itkiləri ilə qarşılaşdıra bilər.

Xatırladaq ki, BMT-nin 193 üzv ölkəsindən 107-si ötən ilin aprel ayında silah ticarəti haqqında beynəlxalq müqaviləni imzalayıb. Konvensiya 70 milyardlıq silah bazarına nəzarəti və bu bazarı nizama salmağı nəzərdə tutur. Konvensiya əsasında tank, zirehli döyüş texnikası, artilleriya, döyüş təyyarələri və vertolyotları, gəmilər, raket sistemləri, həmçinin yüngül atıcı silahların ticarəti aparılacaq. Nüvə, kimyəvi silah və bioloji silahların ticarət üçün ayrıca beynəlxalq konvensiya lazımdır.

“Moskva hələ silah ticarəti haqqında beynəlxalq müqaviləyə qoşulmamağa qərar verib. Bu məsələ ilə bağlı prinsipial qərar artıq qəbul edilib. Məsələ il ərzində Təhlükəsizlik Şurası da daxil olmaqla bir neçə strukturda müzakirə edilib. Yaxın perspektivdə imzalanma olmayacaq”, - hökumətdəki mənbə deyib.

Dünya silah ticarətində ABŞ-dan sonra ikinci yeri tutan Rusiya ilə yanaşı sənədə Şimali Koreya, İran və Suriya qarşı çıxıb. Yaponiya müqaviləyə qoşulan sonuncu ölkədir. Dünyanın ən böyük silah ixracatçılarından olan Almaniya, Fransa, Böyük Britaniya, İspaniya və İtaliya da müqaviləyə qoşulub. Amma Avropa Birliyinin bütün üzvləri müqaviləyə qoşulmayıb. Avropa Parlamenti bu yaxınlarda həmin ölkələrə də müqaviləyə qoşulmağı məsləhət gördü. Avropa Birliyinin qanunverici orqanı əmindir ki, müqavilə sayəsində silahların terrorçuların və qeyri-stabil regionların əlinə düşməsinin qarşısını almaq mümkün olacaq.

Müqaviləyə əsasən, onun imzalayan ölkələr tank, zirehli döyüş texnikası, artilleriya, döyüş təyyarələri və vertolyotları, gəmilər, raket sistemləri, həmçinin yüngül atıcı silahların ticarəti haqqında BMT-yə hesabt verməlidir. İllik dünya silah ticarətinin həcmi 70 milyard dollar qiymətləndirilir. Rusiyalı ekspert Vadim Kozyulin müqavilənin imzalamaqdan imtina edən Rusiyanın tənqid hədəfi olacağını bildirib. “Rusiya tənqid üçün hədəf olacaq ki, razılaşmaya qoşulmayıb, məlumatları vermir, amma Suriya və İran kimi ölkələri silahlandırır”, - ekspert deyir.

Bununla belə, rusiyalı ekspert ehtiyat edir ki, Rusiyanın müqaviləyə qoşulması onu bir sıra silah bazarlarından məhrum edə bilər.

Müqaviləyə qoşulamayan Rusiyanın bunun üçün müəyyən izahı da var. Vadim Kozyulin xatırladır ki, Rusiya ilə yanaşı əsas silah istehsalçılarından olan Çin, həmçinin dünyanın əsas silah idxalçıları olan Hindistan və Səudiyyə Ərəbistanı müqaviləyə qoşulmayıb. ABŞ sənədi ötən ilin payızında imzalasa da onu təsdiqləməyə tələsmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm