Hərbi vertolyot qəzaya uğradı
Bizi izləyin

Dünya

Hərbi vertolyot qəzaya uğradı

Polşa Silahlı Qüvvələrinin İtaliyanın şimal-şərqində keçirilən hərbi təlimlərdə iştirak edən vertolyotu cümə axşamı Paduya əyalətinin Massandzaqo şəhərciyi yaxınlığında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, göyərtəsində 5 Polşa və 1 Fransa hərbçisi olan vertolyot Rivolto hərbi aerodromundan havaya qalxıb və digər helikopterlərlə birgə təlim uçuşunda iştirak edib. Birdən helikopterin turbinini alov bürüyüb və pilot yerli fermer təsərrüfatlarından birinin ərazisinə təcili eniş etmək məcburiyyətində qalıb.

Şahidlərin sözlərinə görə, qəza enişi anında göyərtədə güclü yanğın baş verib. Bununla belə, vertolyotda olan hərbçilərin heç biri ciddi xəsarət almayıb, pilota təcili tibbi yardım göstərilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm