Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO
Bizi izləyin

Dünya

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

Türkiyənin Mersin bölgəsində qandonduran cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 55 yaşlı Abdullah Özdəmir qızının 3 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qızından əl çəkməsi, ondan uzaq durmasını demək üçün keçmiş kürəkəninin evinə gedən ata ilə onun arasında mübahisə düşüb. Mübahisə zəminində keçmiş kürəkəni qayınatasına küçənin ortasında 13 bıçaq zərbəsi vuraraq ağır yaralayıb.

Xəstəxanaya yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu deyilir.

Hadisəni törədən Edib Güllü polislər tərəfindən axtarışa verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm