Pakistanda partlayış: 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Bizi izləyin

Dünya

Pakistanda partlayış: 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Pakistanın Kvetta şəhərində partlayış olub.

Publika.az xəbər verir ki, Belucistan əyalətinin Kvette şəhərində törədilən partlayış nəticəsində 14 nəfər yaralanıb.

İlkin məlumatlara görə, 3 nəfər həyatını itirib.

Hadisə zamanı yaxınlıqda olduğu deyilən 2 pakistanlı diplomatdan heç bir xəbər yoxdu.

"Geo TV"-nin məlumatına görə, partlayış polisinin bölməsinin yaxınlığında qeydə alınıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm