Prezidentin falçı rəfiqəsi azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

Prezidentin falçı rəfiqəsi azadlıqdan məhrum edildi

Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xenin rəfiqəsi Çxve Sun Sil üç il azadlıqdan məhrum edilib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, o, universitetdə öz qızı üçün imtiyazlar əldə etməyə cəhd göstərib.

Seul məhkəməsində Çxve Sun Sil etiraf edib ki, o, ölkə rəhbərliyi ilə əlaqələrindən istifadə edərək 21 yaşlı qızının oxuduğu universitetə təsir göstərməyə çalışırdı. Sabiq prezidentinin rəfiqəsi həmçinin bir sıra başqa məhkəmə işlərinin fiqurantıdır. Ancaq qeyd edilir ki, məhkəmənin bu qərarı Çxve Sun Sil barəsində birinci ittiham hökmüdür.

Onun adı həmçinin böyük korrupsiya qalmaqalında hallanır. Çxve Sun Sil prezident üzərində təsirindən istifadə edərək böyük şirkətlərdən pul alıb və şəxsi məqsədləri üçün istifadə edib. Söhbət onun yaratdığı iki qeyri-kommersiya fondu üçün 52 şirkətdən toplanmış 70 milyon dollar vəsaitdən gedir. Məlumatlar var ki, bu məqsədlə 7 iri şirkətin rəhbərinə məhz prezident şəxsən təzyiq göstərib.

Prezidentin keçmiş ikinci köməkçisi Çon Xo Sonq isə falçıya məxfi informasiyanın ötürülməsində ittiham edilir.

Xatırladaq ki, ölkə parlamenti dekabrın 9-da prezident barəsində impiçment qərarı verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm