Dünya
“Başqa şans qalmayıb, yalnız…” – Gürcüstanda radikal ssenari İŞƏ DÜŞDÜ
Dünən Gürcüstan parlamentində birinci oxunuşda qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Gürcüstan qəti şəkildə parlament respublikasına çevriləcək.
Publika.az xəbər verir ki, 2023-cü ildən artıq prezident ümumxalq səsvermə ilə seçilməyəcək.
Prezident 300 üzvdən ibarət seçicilərin xüsusi kollegiyasında keçiriləcək səsvermə ilə seçiləcək. Onların 150-si parlamentin deputatı, qalanı isə yerli hakimiyyət orqanlarının deputatlarından ibarət olacaq. İkinci əhəmiyyətli fərq ondan ibarətdir ki, 2024-cü ildən birpalatalı parlamentə seçkiləri artıq qarışıq sistemlə keçirilməyəcək.
Müxalifət islahatdan narazı qalıb. Prezidentin simvolik fiqura çevrilməsi müxalifəti razı salmır. Narazılıq həmçinin majoritar dairələrin 2020-ci ildən deyil, 2024-cü ildən ləğv edilməsi ilə bağlıdır. Amma növbəti parlament seçkilərində (2020-ci ildə keçiriləcək) siyasi partiyalar üçün keçid baryeri 5 faizdən 3 faizə qədər azaldılacaq.
Daha əvvəl üç müxalifət fraksiyası (“Vahid Milli Hərəkat”, “Avropa Gürcüstanı” və “Vətənpərvərlərin İttifaqı”) yeni Konstitusiyası layihəsində onların qeydlərinin hakim partiya (“Gürcü Arzusu” tərəfindən nəzərə alınmadığı üçün etirazın əlaməti olaraq iclası tərk ediblər.
Müxalifət hakimiyyəti kütləvi etiraz aksiyaları ilə hədələyib. “Demokratik Hərəkat – Vahid Gürcüstan” partiyasının liderlərindən olan Georgi Axvlediani müxalifət güclərinin ölkədə inqilabi proseslərə başlamağa hazır olduğunu bildirib.
“Artıq indiki hakimiyyəti sülh və demokratik yolla əvəz etmək üçün ən kiçik şans qalmadı. “Yaxın vaxtlarda proseslər radikal ssenari üzrə inkişaf edəcək”, - Axvlediani deyib.
Müxalifət partiyaları hakim partiyanı hakimiyyəti qəsb etmək cəhdində ittiham edərək dünən Qərb dövlətlərinin hökumətlərinə müraciət göndəriblər.
Ömər Dağlı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO