Putinin agentləri Poroşenkonu mühasirəyə alıb – ŞOK İDİDİA
Bizi izləyin

Dünya

Putinin agentləri Poroşenkonu mühasirəyə alıb – ŞOK İDİDİA

Ukraynanın rəhbərliyində Rusiyanın böyük sayda tərəfdarları var.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Xarici Kəşfiyyatının Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj “Apostrof” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Ukrayna hakimiyyət nümayəndələrindən çoxunda Rusiya ilə biznes əlaqələr var. Kəşfiyyatın keçmiş rəhbərinin sözlərinə görə, xüsusi xidmət orqanları bu münasibətlər haqqında bilir, amma prezident Pyotr Poroşenko və hökumət bu əlaqələri himayə edirlər.

Daha əvvəl Ukrayna Ali Radasının deputatı Semyon Semençenko bildirib ki, Rusiya prezidenti Vladimir Putinin agentlərinin hərəkətləri Lvovdan zibilin ixracı ilə bağlı yaranan problemlərin səbəbi olub. O həmçinin, Kiyevi Moskvaya işləməkdə ittiham edib.

“Mənim üçün bütün bunlar Ukrayna hakimiyyətinin təpəsinin kimə işlədiyini göstərən daha bir sübutdur”, - Semençenko vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm