Kremlə verilən FİNAL XƏBƏRDARLIĞI: Rusiya dəhşətli silahla İFLİC EDİLƏCƏK
Bizi izləyin

Dünya

Kremlə verilən FİNAL XƏBƏRDARLIĞI: Rusiya dəhşətli silahla İFLİC EDİLƏCƏK

ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib.

Publika.az xəbər verir ki, nəşrin yazdığına görə, keçmiş prezident Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını bəyənib.

Qeyd edilir ki, söhbət Rusiya infrastrukturunda yerləşdirilməsi planlaşdırıan kibersilahdan gedir. “Vaşinqton Post” bu silahı “bombanın rəqəmli ekvivalenti” adlandırıb. “Rəqəmli bomba”dan Birləşmiş Ştatlar və Rusiya arasındakı münasibətlərin gərginləşməsi halında istifadə edilə bilər.

Nəşr yazır ki, Obama Rusiyanın haker hücumları haqqında informasiyanı Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat İdarəsinə yenidən yoxlamağı tapşırıb. Eyni zamanda, dövlət başçısının administrasiyası cavab addımlarını düşünməyə başlayıb. Amerika ekspertlərinin fikrincə, yeni sanksiyaları tətbiq etmək təhlükəli idi, çünki belə bir gediş Rusiya hakerlərini daha da qəzəbləndirə bilərdi.

Nəticədə ABŞ-da Rusiya infrastrukturuna kibersilahın yerləşdirilməsi planını hazırlamağa başlayıblar. “Vaşinqton Post”un məlumatına görə, Federal Təhqiqatlar Bürosu prezident seçkilərindən bir həftə əvvəl (prezident seçkiləri noyabrın 8-də keçirilib –red.) nüvə müharibəsinin qarşısının alınması üçün yaradılmış kanal üzrə Kremlə final xəbərdarlığı göndərib. Moskva seçkilərdən yalnız sonra cavab verib. Nəşr cavabın nədən ibarət olduğuna dair informasiyaya malik deyil.

Hazırda planın gələcəyi haqqında məsələni prezident Donald Tramp həll etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm