Makron: “Bu, şərəf məsələsidir”
Bizi izləyin

Dünya

Makron: “Bu, şərəf məsələsidir”

“Avropa miqrantları qəbul etməlidir".

“Avropa miqrantları qəbul etməlidir, çünki bu ənənələrə gedib çıxır və şərəf məsələsidir”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqının sammitində Fransa prezidenti Emmanuel Makron deyib.

“Biz miqrasiya böhranı haqqında danışdıq. Bu, bir neçə ölkəyə aid problem deyil, bu bizim ümumi problemimizdir... Və problemin həlli üçün ümumi qərar tələb olunur”, - prezident Almaniya kansleri Angela Merkellə görüşdən sonra bildirib.

Makron diqqətə çatdırıb ki, onlar yalnız iqtisadi miqrantlar deyil: “Bu insanlar öz azadlığına, müharibə və ya siyasi vəziyyətə görə öz ölkələrini tərk edirlər”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm