“Hər gün səhər 6:30-da...” - Trampın RUSİYA DƏQİQƏLƏRİ
Bizi izləyin

Dünya

“Hər gün səhər 6:30-da...” - Trampın RUSİYA DƏQİQƏLƏRİ

ABŞ prezidenti Donald Tramp son zamanlar hər gün səhər 6:30 radələrində hüquq məsələləri üzrə komandasının üzvləri ilə telefonla məsləhətləşir və onlarla Moskva ilə əlaqələrə aid olan xəbərləri müzakirə edir.

Publika.az xəbər verir ki, bu haqda Ağ Ev administrasiyasındakı mənbələrə istinadən “Vaşinqton Post” nəşri bildirib.

Daha əvvəl yüksək vəzifəli məmurlara istinadən NBC telekanalı xəbər verib ki, Trampın məsləhətçiləri ona Rusiya ilə bağlı məsələlərə nadir hallarda toxunmağı məsləhət görüblər. Məsləhətçilər Trampa öz mövqelərini möhkəmləndirmək üçün Rusiya məsələsinə az vaxt ayırmağı xahiş edirlər. Mənbələrin məlumatına görə, məsləhətçilər buna qismən nail ola biliblər. Məsələn, Tramp ötən həftə Ayova ştatında çıxışı zamanı Rusiyanı yada salmayıb.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm