BƏƏ-dən Qətərə TƏHDİD: “Bu, böhranı daha da uzadacaq”
Bizi izləyin

Dünya

BƏƏ-dən Qətərə TƏHDİD: “Bu, böhranı daha da uzadacaq”

Ən diqqətçəkən isə Türkiyənin Qətərdəki hərbi bazasının bağlanılması ilə bağlı tələbdir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş Qətəri ona tədqim olunan 13 maddəlik tələbnaməni KİV-ə sızdırmaqda ittiham edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda “Tvitter” hesabında yazıb.

“Tələblərin mediaya sızdırılması Misirin vasitəçilik etdiyi prosesi pozmaq cəhdi və kobud siyasətin daha bir simvoludur. Bu, Qətər böhranını daha da kəskinləşdirəcək və uzadacaq”, - Ənvər Qarqaş qeyd edib.

Qeyd edək ki, bu gün KİV-də Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin iyunun 5-dən diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürdüyü barədə informasiya yayılıb. Tələblərin qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilib.

Qətərdən İrandakı ofislərinin bağlanılması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyulması, "Müsəlman qardaşları", İŞİD, "Əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələrini dayandırması, bu təşkilatların rəsmi olaraq terrorçu elan edilməsi, "Əl-Cəzirə" və digər media qurumlarının bağlanılması tələb olunur.

Ən diqqətçəkən isə Türkiyənin Qətərdəki hərbi bazasının bağlanılması ilə bağlı tələbdir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm