“Putin bu ideyanı Obamadan götürüb” - FOTOFAKT/VİDEO
Bizi izləyin

Dünya

“Putin bu ideyanı Obamadan götürüb” - FOTOFAKT/VİDEO

“Yağış altında çətirsiz durmaq ideyasını Rusiya prezidenti Vladimir Putindən bir neçə il əvvəl ABŞ-ın sabiq başçısı Barak Obama fikirləşib”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Rusiya bloggeri İlya Varlamov “Tvitter” hesabında yazıb.

O, sübut olaraq yağış altında dayanan Obamanın fotosunu dərc edib.

Xatırladaq ki, iyunun 22-də - Xatirə və Kədər günündə Rusiya prezidenti və baş nazir Dmitri Medvedev Moskvada “Naməlum əsgər” abidəsinin önünə çələng qoyublar. Mərasim zamanı güclü yağış yağıb, nəticədə Putin və Medvedev bərk islanıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm