Suriyada İŞİD-in əsas maliyyəçisi öldürüldü
Bizi izləyin

Dünya

Suriyada İŞİD-in əsas maliyyəçisi öldürüldü

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

Məlumata əsasən, Cübeyr ər-Raui iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm