Somada yeni dəhşət
Bizi izləyin

Dünya

Somada yeni dəhşət

"Somadakı faciə baş verən mədəndə yenidən yanğın başlayıb".


Bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib. O bildirib ki, mədəndə başlayan yanğın artıq 1 saatdır ki davam edir:


"Bu yanğını söndürmək lazımdır. İçəridə qalan işçi qardaşlarımızı tez bir zamanda çölə çıxarmalıyıq".


Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 299 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm