Afinadan Türkiyə ilə bağlı ŞOK TƏLƏB
Bizi izləyin

Dünya

Afinadan Türkiyə ilə bağlı ŞOK TƏLƏB

Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında keçirilən Kipr danışıqlarının uğursuzluqla nəticələnməsi bölgədə gərginlik yaradacaq.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Yunanıstan Baş naziri Aleksis Çipras deyib.

O, Türkiyə ordusunun Şimali Kipr Türk Cümhuriyyətindən çıxarılmalı olduğunu deyib. Çipras Yunanıstanın indiyə qədər əldə etdiklərindən imtina etməyəcəyini, eyni zamanda tələsik qərarlar qəbul etməyəcəyini bildirib.

Baş nazir vurğulayıb ki, Kiprin yenidən birləşməsi üçün həyata keçirilən danışıqlar nəticəsiz qalarsa, bu, Ankara-Afina münasibətlərində səbəb ola bilər. Çipras prosesin Türkiyənin Avropa ilə əlaqələrinə də mənfi təsir edə biləcəyinə diqqət çəkib.

“Bütün bunlar nəzərə alınmalıdır”, - o söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm