Amerikalı zənginlərdən Trampa TƏRS ŞİLLƏ
Bizi izləyin

Dünya

Amerikalı zənginlərdən Trampa TƏRS ŞİLLƏ

İqtisadiyyatın idarə edilməsini kasıblara vermək istəmədiyini deyən ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı ölkə zənginləri arasında sorğu keçirilib.

Publika.az xəbər verir ki, CNBC-nin apardığı anketdə bazar dəyəri 4 trilyon dollardan çox olan ABŞ şirkətlərinin maliyyə direktorlarından Trampın iqtisadi siyasətini bir kəlimə ilə ifadə etməkləri istənilib.

35 maliyyə direktorunun iştirak etdiyi anketdə 4 nəfər onun idarə üsulunu “xaotik” adlandırıb. Sorğuda iştirak edənlərin 2 nəfər onu “dəyişkən”, 2-i “vecinə almayan”, 2 maliyyə direktoru isə “gözlənilməz” kimi ifadələrdən istifadə edib. Anketdə iştirak edənlərdən 1-i isə Trampın idarəsi üsulunu “işgüzar” adlandırıb.

Maliyyə direktorları Trampın iqtisadi vədlərini şərh ediblər. İştirakçıların 44 faizi vergi islahatının bu il reallaşmayacağını deyib. Bu ilin fevral ayında isə bu faiz 55 səviyyəsində idi.

CNBC-nin sorğusuna görə, prezidentin ABŞ infrasturukturuna 1 trilyon dollar sərmayə qoyacağı ilə bağlı planı ilə gözləntilərin fevral ayı ilə müqayisədə 58 faizdən 49-a endiyi məlum olub.

Bu ilin əvvəlində Trampın Pariq İqlim Anlaşması istiqamətində aldığı qərarı isə maliyyət direktorlarından 43.6 faizi şəxsi, 33.3 faizi isə şirkət siyasəti baxımdan qarşı olduqlarını bildiriblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm