Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət və xoşməramlılığın vacibliyini xatırladır"
Bizi izləyin

Dünya

Donald Tramp: "Ramazan bayramı bizə mərhəmət və xoşməramlılığın vacibliyini xatırladır"

ABŞ prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə prezidentin Ağ ev tərəfindən yayılan təbrikində deyilir.

"ABŞ müsəlmanları müqəddəs Ramazan ayında etiqad və xeyriyyəçilik işlərində bütün dünya müsəlmanlarına qoşulurlar.

Onlar ailələri və dostları ilə Eyd əl-Fitri bayram edərkən qonşulara yardım ənənəsinə sadiq qalaraq öz çörəklərini ən müxtəlif həyat tərzi sürən insanlarla bölüşürlər. Bu bayram bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır. ABŞ dünya müsəlmanları ilə birgə bir daha bu dəyərlərə bağlı olduğunu ifadə edir", — deyə təbrikdə qeyd olunur. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm