BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi
Bizi izləyin

Dünya

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

Rusiyanın Saratov vilayətində bədbəxt hadisə nəticəsində qardaş bacısını qətlə yetirib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Volsk şəhərində baş verib. Evdə bir-biriylə oynadıqları zaman 6 yaşlı qardaşı 4 yaşlı bacısını odlu silahla öldürüb.

Hadisəylə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır. İlkin ehtimala görə, evdə saxlanılan silah təsadüfən uşağın əlinə keçib.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm