DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

Son iki ay ərzində vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb.

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 1300 nəfərin həyatına son qoyub, onlardan dörddə biri uşaqlardır.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir.

“Son iki ay ərzində vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb. 1300 nəfərdən çox insan ölüb, onlardan dörddə biri uşaqlardır”, məlumatda vurğulanır.

Bunda əvvəl BMT-nin Uşaq Fondunun Yəməndəki nümayəndəsi bəyan edib ki, ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 300 minədək arta bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm