İŞİD tərəfdarları Trampı hədələdi
Bizi izləyin

Dünya

İŞİD tərəfdarları Trampı hədələdi

Hazırda hökumətin bir neçə saytı işləmir.

Xakerlər ABŞ-ın Ohayo ştatı hökumətinin bir neçə saytını dağıdaraq orada İŞİD terror qruplaşmasını dəstəkləyən məlumatlar yerləşdiriblər.

"Report"un məlumatına görə, bununla bağlı "Associated Press" xəbər verib.

Ştatın qubernatorunun administrasiyasının nümayəndəsi Con Keysik saytların xakerlərin hücumlarına məruz qalmasını təsdiqləyib. Cinayətkarlar xüsusən qubernatorun özünün, onun xanımının və ştatın departamentlərinin saytlarını dağıdıblar.

Xakerlər dağıdılmış saytlarda ABŞ prezidenti Donald Trampın müsəlman ölkələrində tökdüyü hər damla qana görə cavab verəcəyi barədə mesajlar yerləşdiriblər.

Qeyd edək ki, hazırda hökumətin bir neçə saytı işləmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm