Həbsxanadan qaçmışdı, 32 ildən sonra ələ keçdi
Bizi izləyin

Dünya

Həbsxanadan qaçmışdı, 32 ildən sonra ələ keçdi

Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək.

ABŞ-ın Arkanzas ştatının hakimiyyət orqanları 32 il əvvəl qaçmış cinayətkarı tutmağa müvəffəq olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, 60 yaşlı Stiven Dişman ştatın şimal-qərb hissəsində saxlanılıb. O, həbsxanadan 1985-ci ilin mayında, oğurluğa görə 7 illik cəza çəkərkən qaçıb. Qeyd edilir ki, onun cəzasının icrası 1984-cü ildə qüvvəyə minib.

Dişmanın hüquq-mühafizə orqanları tərəfindən necə saxlanılması, onun yerinin müəyyənləşdirilməsinin detalları açıqlanmır. Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək. Həmçinin onun qaçışına gözə cəzasının çoxaldılması məsələsi də həll ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm