Türkiyə ilə Yunanıstan arasında “müharibə” BAŞLADI
Bizi izləyin

Dünya

Türkiyə ilə Yunanıstan arasında “müharibə” BAŞLADI

Türk və Yunan hakerlər arasında Aya Sofya üzərində “müharibə” başlayıb.

Publika.az-ın xəbərinə görə, bu barədə Yunanıstanın Star telekanalı məlumat yayıb.

Telekanal cümə günü Yunanınstanda nazirlik saytına haker hücumundan sonra belə bir problem yaşandığını bildirib. Həmin hücumlardan sonra bir neçə saat nazirliyin saytı işləməmişdi. Türk hakerlər nazirliyin saytına hücum etmələrini Yunanıstanın Aya Sofyada namaz qılınmasına etirazına cavab kimi əsaslandırıblar.

Türkiyəli hakerlərin hücumundan bir neçə saat sonra "Anonyymus" adlı Yunan haker qrupu bu hücumu cavabsız qoymayacaqlarını bildirmişdilər.

Yunan haker qrupunun ikinci açıqlamasında “Aya Sofya Yunanıstana aid. Heç bir şey edə bilməzsiniz. Yunanlar sizdən güclüdür”, - deyə bildirmişdilər.

Bu açıqlamadan sonra Türkiyə saytlarına güclü hücumlar həyata keçirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm