Berluskoni Trampın xanımı haqda İNANILMAZ SÖZLƏR dedi
Bizi izləyin

Dünya

Berluskoni Trampın xanımı haqda İNANILMAZ SÖZLƏR dedi

Nəyindən xoşum gəldiyini söyləyim...

İtaliyanın keçmiş prezidenti Silvio Berluskoni ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında inanılmaz sözlər işlədib.

Publika.az xəbər verir ki, İtaliyanın mübahisəli zarafatlarıyla tanınan keçmiş prezidenti Silvio Berluskoni bu dəfə ABŞ prezidenti Donald Trampın xanımı haqqında işlətdiyi sözlərlə gündəmə gəlib.

Keçmiş prezident İtaliyanın “La7” kanalında qonaq olduğu bir proqramda Melaniya Trampdan xoşu gəldiyini açıqlayıb.

Aparıcının “bir çox insan D.Tramp üçün “Amerikanın Berluskonisi” deyir. Bu sizi məmnun edirmi” sualına keçmiş prezident belə cavab verib:

“Bir çox kişi və qadın kimi mənim də Trampın nəyindən xoşum gəldiyini söyləyim: xanımı Melaniya! Gözəlliyi, cazibədarlığı və tərzi səbəbi ilə...”

Birinci xanımla şəxsən tanış olma fürsətinin olmadığını deyən Berluskoni onun haqqında daim yaxşı fikirlər eşitdiyini etiraf edib.

Qeyd edək ki, bu, Berluskoninin birinci xanımlar haqqında ilk etirafı deyil. Belə ki, o, may ayında Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makron haqqında da mənfi rəyini açıqlamışdı. Berluskoni Fransanın birinci xanımı haqqında “Makronun gəncliyinə baxmayaraq, böyük təcrübəsi var, daha da önəmlisi isə onu uşaqlığından bəri dəstəkləyən bir anası var” sözlərini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm