Dünya
CNN-in 3 jurnalisti istefa verdi - XƏBƏR SİLİNDİ DEYƏ
CNN-in 3 jurnalisti istefa verib.
Publika.az xəbər verir ki, buna səbəb telekanalın saytında Rusiya ilə bağlı yazılmış məqalənin standartlara cavab vermədiyi üçün silinməsi olub.
Məqalənin müəllifi 2017-ci ilin yanvar ayından kanalın araşdırmalar bölməsinin rəhbəri vəzifəsinə təyin olunmuş Leks Haris, onun assistenti Tomas Frenk və digər redaktor Erik Lixtbau istefa ərizəsini imzalayıb, telekanalda fəaliyyətlərinə son qoyublar.
“Rusiya İnvestisiya fondunun Trampın komandası ilə əlaqəsi olduğu aşkarlandı” adlı məqalədə Rusiya investisiya fondunun rəhbəri Kirill Dmitriyevlə biznesmen Entoni Skaramuççinin ABŞ prezidentinin komandasına keçidindən bəhs olunur.
Telekanal öz rəsmi toplantısında xəbərin silinmə səbəbini cəmi 1 qeyri-müəyyən mənbədən istifadə olduğu ilə əlaqələndirdi. Rəsmi bəyanatda telekanal rəhbəri xəbərin yalan olduğu üçün deyil, redaksiyanın standartlarına cavab vermədiyi üçün saytdan götürüldüyünü qeyd edib.
Bundan öncə də, Amerika informasiya agentliklərinin biri Ukrayna prezidenti Pyotr Poroşenkonun Donald Trampla görüşünün əsas səbəbinin “fotoçəkiliş” olduğunu bildirsə də, bir müddət sonra xəbərin adında və mətnində dəyişiklik etmişdi.
Leyla Sarabi
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı