Dünya
AŞPA-da SƏSVERMƏ: Aqramunt vəzifədən gedir
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında "Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi" adlı hesabat müzakirəyə çıxarılıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, isveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.
Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun
təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması
məqsədilə dəyişdirilməsi cəhdini "əcinnə ovu" adlandırıb: "Biz
Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların
aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində
islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu
bildirmişik və indi də bunu dəstəkləməkdəyik. Bu islahatların əsas
məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox
qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq
ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə
qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma
getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs
bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s... Amma indi
birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın
nüfuzundan danışmağa... Yəni, təşkilatın keçmişində də buna oxşar
hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün
belə "islahatlar" aparılıb. Burada açıq deməliyik ki, qurumun
daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması
naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum
daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın
gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul
edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq,
hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun
adı "əcinnə ovu"dur. Mən bugünkü mövzuya dair çıxış edənlərin
siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin
çoxu çıxışa yazılıblar. Təbii ki, burada kiminsə ifadə azadlığına
qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar
təşkilatda islahatlara can atırlar, halbuki onlar burada sırf öz
şəxsi maraqlarını güdürlər".
Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə,
13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra
AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun
vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO